İtaliyalı qapıçı Canluici Donnarumma İngiltərənin "Mançester Siti" klubuna transfer olunub.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanıb.
"Transfermarkt" portalının məlumatına görə, "şəhərlilər" futbolçunun transferi üçün PSJ klubuna 30 milyon avro ödəyiblər.