Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Canni De Byazi: “Azərbaycan futbol hərəkatına çox şey verdiyimi düşünürəm”
“Bu üç il ərzində Azərbaycan futbol hərəkatına çox şey verdiyimi düşünürəm”.
Bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi “Tuttoudinese” nəşrinə açıqlamasında deyib.
67 yaşlı mütəxəssis yığmada işləməyə hazır olduğunu bildirib:
“Avropa çempionatının seçmə mərhələsində beş komandadan ibarət qrupda yeddi xal əldə etdik. Birinci dərəcəli komandalarla bərabər oynadıq. Belçika ilə evdəki matçda bir epizoda görə uduzduq. Avstriya ilə qarşılaşmada bərabərliyə layiq idik. İsveçlə görüşdəki qələbə tarixdə qalacaq. 3:0 hesabı ilə qalib gələcəyimizi heç düşünməmişdim. Heyətdə maraqlı oyunçular var. Artıq yol asfaltlanıb, ümid edirəm ki, bu hərəkat növbəti illərdə daha da böyüyəcək. Bu, mənim üçün məmnunedici səyahət idi. Resurslar az olanda belə, komandanın futbol oynaya biləcəyini nümayiş etdirdim. Azərbaycan yığmasında çalışmaq dil fərqindən başlayaraq, bir çox səbəblərə görə asan deyil”.
İtaliyalı baş məşqçi bəzi təkliflər aldığını da vurğulayıb:
“Hələlik imza atmamışıq. Bu səbəbdən heç nə deyə bilmərəm”.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində yeddi xalla F qrupunda dördüncü yeri tutub.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Azərbaycan klubu çempionatdan kənarlaşdırıldı
- Rusiya seçməsi Azərbaycan millisi ilə oyun keçirmək istəyir
- Azərbaycanın daha bir bölgəsində yeni stadion inşa ediləcək
- Fernandu Santuş Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək
- "Şamaxı" klubunun futbolçusu oyun alveri ilə məşğul olduğunu etiraf edib
Rəylər