Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi TMW radiosunun efirində çıxış edib.
Maraqlı açıqlamalar verən italiyalı mütəxəssis mütləq Bakıda olması lazim gəldiyini bildirib.
“Mən mütləq burada (Bakıda - red.) olmalıyam. Çünki millinin oyunçuları demək olar ki, hamısı Azərbaycan komandalarında oynayır. Bəzi məşqləri, bütün oyunları heyətimlə birlikdə izləyirəm. Martda bizim Millətlər Liqası öncəsi iki yoldaşlıq oyunu keçirmək imkanımız olacaq”, - deyə ba məşqçi qeyd edib.
O, Premyer Liqada “Qarabağ”ın üstünlüyünün davam etdiyini də vurğulayıb.
“Bu klubun altı oyunçusu millidə çıxış edir. Uzun illər liqanın zirvəsindədirlər, bu, komandaya sərmayə qoyan bir klubdur. Düşünürəm ki, Konfrans Liqasında “Marsel”lə oyund onları 30-40 min azarkeş dəstəkləyəcək”, - deyə Byazi vurğulayıb.
Mənbə: tuttomercatoweb.com