Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Canni De Byazi: “Uşaqlar bundan artığını edə bilməzdilər”
“Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər”.
“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Belçikaya 0:5 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur matçından sonra mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis qarşılaşmanın çox ağır alındığını vurğulayıb:
“Güclü rəqibə qarşı mübarizə apardıq. Qrupda yalnız bir heç-heçələri var idi. O da məlum səbəblərə görə, yarımçıq dayandırılmış görüşdür. Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq”.
"AVRO-2024" teqi üzrə xəbərlər
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
- Yann Zommer milli komandadakı karyerasını başa vurdu
Ən çox oxunanlar
Rəylər