FIFA-da Canni İnfantinonu prezident postunda əvəz etməyə beş əsas namizədin adı açıqlanıb.
Oxu.Az bu barədə "Marca" nəşrinə istinadən xəbər verir.
Namizədlərin siyahısına aşağıdakılar daxil edilib:
Nasser Əl-Xelaifi - PSJ-nin prezidenti, Avropa Futbol Klubları Şurasının (EFC) sədri;
Viktor Montalyani - FIFA-nın vitse-prezidenti, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) prezidenti;
Aleksander Çeferin - UEFA-nın prezidenti;
Şeyx Salman bin İbrahim Əl Xəlifə - Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti;
Patris Motsepe - Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti.
Namizədlərin müraciət etməsi üçün son müddət 18 noyabr 2026-cı ildir. Pretendentin namizədliyini yalnız milli futbol assosiasiyası irəli sürə bilər. Bu zaman namizəd ən azı beş federasiyanın dəstəyini qazanmalıdır. FIFA prezidenti vəzifəsinə seçki isə 2027-ci il martın 18-də Rabatda (Mərakeş) keçiriləcək.