Bu yay Cek Qrilişlə vidalaşmağı düşünən "Mançester Siti" rəsmiləri futbolçu üçün 40 milyon funt-sterlinq tələb edirlər. Bundan öncə klub rəhbərliyinin prinsipial mövqeyi 50 milyon həddində idi.
Oxu.Az xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb.
Mənbənin məlumatına görə, 2021-ci ildə "Mançester Siti"yə transfer olunan Qrilişin buradakı karyerası gözlənilən kimi alınmayıb, klub isə bu səbəbdən futbolçu ilə yolları ayırmaq istəyir.
Qeyd edək ki, Cek Qriliş "Mançester Siti" forması ilə meydana çıxdığı 157 oyunda 17 qol vurub və 23 məhsuldar ötürmə edib.