İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Henderson "Çelsi"nin futbolçusu olub.
Oxu.Az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytında məlumat verilib.
36 yaşlı ingiltərəli futbolçu 2028-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb. O, "Brentford"la müqaviləsinin başa çatmasından sonra azad agent statusunda "Çelsi"yə keçib.
Henderson ötən mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi daha əvvəl "Ayaks", "Əl-İttifaq", "Sanderlend", "Koventri" və "Liverpul" klublarında çıxış edib.
Qaynar xətt:
(055) 224 12 12