"Çelsi" klublararası dünya çempionatını qazandığına görə əldə etdiyi bonus ödənişlərini "Liverpul"un mərhum futbolçusu Dioqu Jota və onun qardaşı Andre Silvanın ailəsinə bağışlamaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbə yazır ki, D.Jotanın qohumlarına göndəriləcək maliyyə dəstəyinin ümumi məbləği təxminən 15.5 milyon dollar təşkil edəcək.
Xatırladaq ki, klublararası dünya çempionatının finalında "Çelsi" PSJ üzərində 3:0 hesablı qələbə qazanıb.
Məlumat üçün əlavə edək ki, Jota və qardaşı iyulun 3-də avtomobil qəzasında həlak olublar.