"Aston Villa"nın qapıçısı Emiliano Martines yaxın vaxtlarda "Çelsi"nin futbolçusu olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.
Mənbənin məlumatına görə, London klubu 33 yaşlı argentinalı qapıçı üçün 7.5 milyon funt-sterlinq ödəyəcək. Martines "2+1" sxemi üzrə müqavilə imzalayacaq.
Emiliano Martines 2020-ci ildən "Aston Villa"nın formasını geyinir. O, bu müddətdə 256 oyunda meydana çıxıb, 305 qol buraxıb və 80 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Qaynar xətt:
(055) 224 12 12