"Çelsi" klubu "Kristal Pelas"ın və Fransa millisinin müdafiəçisi Maksans Lakruanı transfer edib.
Oxu.Az xəbər verir ki, bu barədə London təmsilçilərinin rəsmi internet səhifəsində məlumat verilib.
26 yaşlı futbolçu paytaxt klubu ilə 2032-ci ilə qədər razılaşma əldə edib və 2026/27-ci illər mövsümü başlamazdan əvvəl komandaya qoşulacaq.
"Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, oyunçunun bazar dəyəri 50 milyon avro təşkil edir.
Qeyd edək ki, DÇ-2026-da müdafiəçi üç qarşılaşmada meydana çıxıb.
Qaynar xətt:
(055) 224 12 12