"Mançester Yunayted"dən icarəyə götürülən "Çelsi"nin vingeri Ceydon Sanço Almaniyaya qayıda bilər.
Oxu.Az "The Sun Football" nəşrinə istinadla xəbər verir ki, "Bayer Leverkuzen" ingilis futbolçu ilə maraqlanır.
Əgər "Çelsi" futbolçunun məcburi satınalma bəndindən imtina edərsə, Bundesliqa klubu 25 yaşlı futbolçu üçün təklif göndərəcək.