Bu gün İngiltərə Premyer Liqasının altıncı turuna start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun “Çelsi” və “Mançester Siti” klubları arasında olub.
Qarşılaşmada “zadəganlar” doğma meydanda 0-1 hesabı ilə məğlub olub. Oyunda yeganə qolu 53-cü dəqiqədə Qabriel Xesus vurub. Bu qələbə ilə “şəhərlilər” ikinci pilləyə yüksəlib. “Mançester Siti” ilə eyni xala malik olsa da, top fərqinə görə “Çelsi” üçüncü pillədə qərarlaşıb.