Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Çelsi”nin sükanı Poçettinoya tapşırılacaq
Maurisio Poçettino “Çelsi”nin yeni baş məşqçisi olacaq.
Bu iddia ilə insayder Fabrisio Romano çıxış edib.
Onun sözlərinə görə, London klubu argentinalını baş məşqçi təyin etmək qərarına gəlib.
Məlumata əsasən, tərəflər artıq razılaşıblar. Belə ki, mütəxəssis yaxın vaxtlarda imzalanacaq uzunmüddətli müqavilənin şərtlərini qəbul edib.
Bildirilir ki, mövsümün sonuna kimi “Çelsi”də baş məşqçi vəzifəsini Frenk Lempard tutacaq. Poçettino iyunda işə başlayacaq və o, məşqçilər korpusuna öz adamlarını gətirərək dərhal klubla transfer strategiyasını müzakirə edəcək.
"Çelsi FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar