Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Çempionlar Liqası: "Bodo-Qlimt" "Srvena Zvezda"nı məğlub etdi
Çempionlar Liqasının 2024/2025-ci il mövsümünün son seçmə mərhələsi çərçivəsində Norveçin "Bodo-Qlimt" komandası Serbiyanın "Srvena Zvezda" klubu ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma Bodo şəhərindəki "Aspmira" stadionunda baş tutub. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Hesabı 52-ci dəqiqədə norveçlilər açıblar. 62-ci dəqiqədə cərimə meydançasının küncündən dəqiq zərbə ilə qapını nişan alan meydan sahibləri üstünlüyünü artırıblar. 75-ci dəqiqədə "Srvena Zvezda" klubu hesabdakı fərqi azaltmağa nail olub - 2:1.
Qeyd edək ki, qarşıdurmanın cavab oyunu avqustun 28-də Belqradda baş tutacaq.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb
- Superkompüter Çempionlar Liqasının qalibini açıqladı: "Real Madrid" deyil
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu