Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, turnirin İstanbulda keçiriləcək həlledici görüşündə “Mançester Siti”nin rəqibi “Çelsi” olacaq.
Belə ki, “zadəganlar” doğma meydanda Madrid “Real”ını 2:0 məğlub edərək, mayın 29-da Atatürk Olimpiya Stadionunda baş tutacaq finalda iştirak hüququ əldə ediblər.
Qeyd edək ki, Çempionlar Liqasında sonuncu ingilis finalı 2018/19-cu illər mövsümündə qeydə alınıb. O zaman Madriddə keçirilən final qarşılaşmasında “Liverpul” və “Tottenhem” üz-üzə gəlib.
UEFA Çempionlar Liqası
1/2 final (cavab oyunu)
“Çelsi” (İngiltərə) – “Real” (İspaniya) 2:0
Qollar: Verner (28), Maunt (85)
İlk oyun – 1:1