Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Çempionlar Liqası: "Fənərbağça" növbəti mərhələdə
UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin cavab matçı çərçivəsində Türkiyənin "Fənərbağça" klubu doğma meydanda İsveçrə "Luqano"sunu qəbul edib.
Oxu.Az xəbər verir ki, matçda hesabı qonaqlar açıblar. Mahmud artıq oyunun yeddinci dəqiqəsində komandasını sevindirib.
Lakin ev sahibləri 58-ci dəqiqədə hesabı bərabərləşdiriblər. İlk qarşılaşmada het-trikə imza atan Dzeko fərqlənib. 90+3-cü dəqiqədə isə Şımanskinin qələbə qolu İstanbul klubunun növbəti mərhələyə keçidini təmin edib - 2:1 (6:4).
Xatırladaq ki, komandalar arasındakı ilk matçda Joze Mourinyonun yetirmələri 4:3 hesabı ilə qalib gəliblər.
"Fənərbağça FK" teqi üzrə xəbərlər
- "Fənərbağça"nın futbolçusu zəlzələ zamanı ailəsinin təşviş içində olduğu görüntüləri paylaşdı
- Türkiyə Superliqası: "Fənərbağça" qol duelində qalib gələ bilmədi
- "Fənərbağça"nın sabiq baş məşqçisi vəfat etdi
- Joze Mourinyo yenidən İspaniya nəhəngini çalışdıra bilər
- "Qalatasaray" UEFA Çempionlar Liqasına vəsiqəni təmin etdi