Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti iki oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, baş tutan qarşılaşmalar 1/4 finalın daha iki iştirakçısının adına aydınlıq gətirib.
İngiltərədə “Arsenal”ı məğlub edən “Monako” növbəti mərhələyə vəsiqəni böyük ölçüdə həll edib. “Arsenal” 0:2 hesabı ilə qalib gəlsələr də, turnirlə vidalaşıb.
Almaniya isə “Bayer”i evdə minimal hesabla məğlub etdiyi “Atletiko”nu mübarizədən kənarlaşdırmağa çalışıb. Azarkeşlər 90 dəqiqə ərzində yalnız Mario Suaresin tək qoluna şahidlik ediblər. Ümumi hesabda bərabərlik yarandığı üçün əlavə vaxta ehtiyac duyulub. Penaltilər seriyasında isə ispanlar daha dəqiq oynayıb və 1/4 finala yüksəlib – 3:2.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
17 mart
“Monako” (Fransa) – “Arsenal” (İngiltərə) - 0:2
Qollar: Jiru, 36, Remsi, 79
İlk oyun – 3:1
“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) - 1:0 (penaltilər seriyası - 3:2)
Qol: Suares, 27
İlk oyun – 0:1
Qeyd edək ki, ötən həftə “Real” (İspaniya), “Bavariya” (Almaniya), PSJ (Fransa) və “Porto” (Portuqaliya) 1/4 finala yüksəlmişdi.
E.Ə.
www.oxu.az