İsrailin baş naziri rəhbərlik etdiyi “Likud” partiyasının Knessetdə keçirilən seçkilərdə “böyük qələbə” qazandığını bəyan edib.
Bu barədə Oxu.Az xarici KİV-ə istinadla xəbər verir.
“Heç nəyə baxmayaraq, “Likud”un böyük qələbəsi partiyanın apardığı milli düşərgənin və İsrail xalqının böyük qələbəsidir”, - Netanyahu Twitter səhifəsində yazıb.
Öncə məlum olub ki, Netanyahunun partiyası və müxalif solçu “Sionist birliyi” parlamentdə təxminən bərabər yer alacaqlar.
www.oxu.az