UEFA Çempionlar Liqasında dörd qrupda oyunlar baş tutub.
Oxu.Az xəbər verir ki, son turun nəticələrinə əsasən, “Borusiya” “Atletiko”nun xal itirməsindən yararlanaraq qrup liderliyini ələ keçirib.
“Totenhem” Kataloniyada xal itirsə də, “İnter”in gözlənilmədən öz meydanında PSV-ni yenə bilməməsindən istifadə edərək adını “pley-off”a yazdırıb.
Son turadək qrup lideri olan “Napoli” isə “Liverpul”a uduzaraq Avroliqaya yollanan növbəti İtaliya klubu olub.
“Qalatasaray” isə uduzsa da, Moskva “Lokomotiv”inin Qelzenkirxen səfərindən üç xalsız qayıtması sayəsində avrokuboklarda mübarizəsini davam etdirəcək. Ancaq bu dəfə Avroliqada.
“Brüqe” (Belçika) – “Atletiko” (İspaniya) 0:0
Çempionlar Liqasında gecənin bütün oyunları - VİDEO
Səbuhi MUSAYEV
www.oxu.az
Oxu.Az yeniləndi!