“Lokomotiv” voleybol klubu Çempionlar liqasının “Dördlər finalı”nın sahibi polşalı “Şemik” ilə yoldaşlıq görüşü keçirəcək.
Oxu.Az Sport.pl-a istinadən xəbər verir ki, polşalı voleybolçulara Avropanın ən güclü komandası adı üçün mübarizədə ciddi oyun təcrübəsi gərəkdir. Komandanın baş məşqçisi Cuzeppe Kukkarini daha əvvəl, indi yoldaşlıq görüşünün keçirilməsi barədə razılıq əldə edilən Bakı komandası “Lokomotiv”də çalışıb.
Martın 3-dən 6-na qədər Polşada olacaq “Lokomotiv” üç kontrol matçının keçirilməsini planlaşdırır.
F.H.
www.oxu.az