UEFA növbəti mövsümdən Çempionlar Liqasının oyunlarının yeni vaxtda başlaması ilə bağlı dəyişiklikləri təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, növbəti mövsümdə günün iki matçı Bakı vaxtı ilə saat 22:00-da, daha altı qarşılaşması isə 00:00-da başlayacaq.
Yay vaxtı zamanı isə oyunların start fiti müvafiq olaraq saat 21:00-da və 23:00-da səslənəcək.
Qeyd edək ki, hazırda oyunlar yerli vaxtla saat 21:00-da və 23:45-də başlayır.
S.B.
www.oxu.az