UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümünün püşkü atılıb.
Oxu.Az xəbər verir ki, püşkatmadan sonra qrupda maraqlı cütlərin olacağı ortaya çıxıb.
Məsələn, ərəblərin sponsorluq etdiyi, ötən mövsüm yarımfinalda üz-üzə gələn “Mançester Siti” və PSJ qrupda bir-birinə rəqib olub. “Real”, “İnter” və “Şaxtyor” bu dəfə də bir qrupda yer alıb.
Ötən mövsüm Avropa Liqasının finalında qarşılaşmış “Mançester Yunayted” və “Vilyareal” bir-birinə bu turnirdə də rəqib olub. Həmçinin, “Milan”ın uzun fasilədən sonra Çempionlar Liqasına qayıdışı “Liverpul” və “Atletiko” kimi komandalarla bir qrupa düşməsinə təsadüf edib.
“Bayern”in “Barselona” ilə, “Çelsi”nin “Yuventus”la görüşləri də maraqla gözləniləcək.
A qrupu
“Mançester Siti” (İngiltərə)
PSJ (Fransa)
“Leypsiq” (Almaniya)
“Brüqe” (Belçika)
B qrupu
“Atletiko” (İspaniya)
“Liverpul” (İngiltərə)
“Portu” (Portuqaliya)
“Milan” (İtaliya)
C qrupu
“Sportinq” (Portuqaliya)
“Borusiya” (Dortmund, Almaniya)
“Ayaks” (Niderland)
“Beşiktaş” (Türkiyə)
D qrupu
“İnter” (İtaliya)
“Real” (İspaniya)
“Şaxtyor” (Ukrayna)
“Şerif” (Moldova)
E qrupu
“Bayern” (Almaniya)
“Barselona” (İspaniya)
“Benfika” (Portuqaliya)
“Dinamo” (Ukrayna)
F qrupu
“Vilyareal” (İspaniya)
“Mançester Yunayted” (İngiltərə)
“Atalanta” (İtaliya)
“Yanq Boyz” (İsveçrə)
G qrupu
“Lill” (Fransa)
“Sevilya” (İspaniya)
“Zalsburq” (Avstriya)
“Volfsburq” (Almaniya)
H qrupu
“Çelsi” (İngiltərə)
“Yuventus” (İtaliya)
“Zenit” (Rusiya)
“Malmö” (İsveç)

Qeyd edək ki, turnirin qrup mərhələsində ilk turun oyunları 14-15 sentyabrda keçiriləcək.
Səbuhi Musayev