Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Çempionlar Liqasında yarımfinalın ilk oyunlarının hakimləri açıqlandı
Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına hakim təyinatları bəlli olub.
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, İspaniyada keçiriləcək “Real” (Madrid) - “Mançester Siti” matçını portuqaliyalı Artur Diaş idarə edəcək. Ona həmyerliləri Paulu Soareş və Pedru Ribeyru köməklik göstərəcəklər. Dördüncü hakim italiyalı Daniele Orsato olacaq.
“Milan” - “İnter” oyunu isə ispaniyalı Xesus Hil Mansanoya həvalə edilib. Ona Dieqo Barbero və Anxel Nevado Rodriges yardımçı olacaqlar. Dördüncü hakim kimi Xose Sançes təyinat alıb.
Qeyd edək ki, “Real” - “Mançester Siti” matçı mayın 9-da, “Milan” - “İnter” görüşü mayın 10-da keçiriləcək. Oyunların start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
- Lautaro Martines adını "İnter"in tarixinə yazdırdı
- "Barselona"nın gənc ulduzu Çempionlar Liqasında antirekorda imza atıb
- UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin son oyun gününün ən yaxşı futbolçuları
- UEFA Çempionlar Liqası: "Barselona" azlıqda qələbə qazandı