Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, Avropanın 8 ən güclü komandası bu tədbirdə 4 cütlüyə bölünüb.
1/4 finaldakı cütlüklər:
"Volfsburq" (Almaniya) - "Real" (İspaniya)
"Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)
"Barselona" (İspaniya) - "Atletiko" (İspaniya)
PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 5-6-da, cavab matçları isə 12-13-də keçiriləcək.

E.Ə.
www.oxu.az