Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Çempionlar Liqasının yarımfinalında qol yağışı: İlk finalçı müəyyənləşdi
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "İnter" evdə "Barselona"nı qəbul edib.
Oxu.Az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda keçirilən oyunun əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 3:3.
Simone İnzaqinin yetirmələri qarşılaşmanın ilk hissəndə rəqib qapısına iki dəfə yol tapa biliblər. Argentinalı Lautaro Martines 21-ci, türkiyəli Hakan Çalhanoğlu isə 45-ci dəqiqədə penaltidən "Barselona"nın azarkeşlərini məyus ediblər.
İkinci hissədə Hans Flikin yetirmələri üstünlüyü ələ keçirərək, ardıcıl üç dəfə fərqləniblər. Erik Qarsiya 54-cü dəqiqədə hesab arasında fərqi minimuma endirib, Dani Olmo isə 60-ci dəqiqədə baş zərbəsi ilə hesaba tarazlıq gətirib.
Rafinya 88-ci dəqiqədə "Barselona"nı önə çıxarsa da, Françesko Açerbi 90+3-cü dəqiqədə "İnter"i məğlubiyyətdən xilas edib.
Tərəflər arasında ilk görüş də 3:3 hesablı heç-heçə ilə başa çatdığından matçda əlavə 30 dəqiqə təyin edilib. Burada Frattezi Şensnını məyus edərək, "İnter"ə tarixi qələbə qazandırıb - 4:3.
Qeyd edək ki, "İnter" finalda PSJ - "Arsenal" cütünün qalibi ilə qarşılaşacaq.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Neymar karyerasını harada başa vuracaq?
- Riçard Almeyda: "Azərbaycanlılar futbolun elə də böyük fanatı deyillər"
- "Atletik Bilbao" 11 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqəni təmin etdi
- "Qarabağ" Vinsent Abubakarı TRANSFER EDİR? - Klub açıqladı
- Yeni mövsümdə UEFA ÇL-in liqa mərhələsində iştirak etmək hüququ qazanan 16-cı komanda bəlli oldu