Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib.
"Tipos Arena"dakı oyun 2:0 hesabı ilə bitib.
Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıblar.
Beləliklə, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğudur. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.
Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.
Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Slovakiyada təşkil olunan Avropa çempionatının həlledici - final qarşılaşmasına çıxacaq.
Oxu.Az xəbər verir ki, yığmamız qitənin ən güclüsünü müəyyənləşdirəcək matçda Ukrayna kollektivi ilə qüvvəsini sınayacaq.
Avropanın diqqət mərkəzində olan bu böyük duel "Tipos Arena"da baş tutacaq və Bakı vaxtı ilə tam 22:30-da start götürəcək.
Qeyd edək ki, yığmamızın finala gedən yolu olduqca məhsuldar və uğurlu keçib. Komandamız dünən əsas vaxtı 1:1 bərabərliklə başa çatan yarımfinal görüşündə penaltilər seriyasında Serbiya seçməsini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Buna qədər isə F qrupunda Avstriyaya (1:0), İtaliyaya (3:0) və Fransaya (3:2) heç bir şans verməyən millimiz 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 final mərhələsində isə Çexiya komandasını (5:2) mübarizədən kənarlaşdırıb.