“Liverpul” və İngiltərənin futbol üzrə yığmasının sabiq yarımmüdafiəçisi Stiven Cerrard karyerasının başa çatdığını bildirib.
Oxu.Az bu barədə AFP-yə istinadən xəbər verir.
“Liverpul”un yetirməsi olan Cerrard 1998-ci ildən 2015-ci ilə qədər komadanın tərkibində çıxış edib, daha sonra MLS “Los-Anceles Qelaksi” klubunun oyunçusu olub. Daha öncə kaliforniyalılar 36 yaşlı futbolçunun müqavilənin sona çatması səbəbi ilə getdiyini bildirmişdilər. Yarımmüdafiəçi özü isə bir neçə həftə ərzində gələcəyinə dair qərar verəcəyini deyib.
“KİV-dəki son məlumatlardan sonra mən futbolçu karyerama son verdiyimi bəyan edirəm, - Cerrard deyib. – Mənim karyeram qeyri-adi olub və mən “Liverpul”da, İngiltərənin yığmasında və “Qelaksi”də keçirdiyim hər an üçün minnətdaram”.
Cerrard “Liverpul” sisteminə səkkiz yaşında düşüb, 18 yaşında isə əsas komandada debüt edib, həmin andan sonra 700 matç keçirən futbolçu 185 qol vurub. “Qırmızılar”ın tərkibində havbek UEFA kubokunun çempionlar liqasında qalib olub, iki dəfə İngiltərənin Super kubokunun, UEFA Superkubokunun və İngiltərə kubokunun, üç dəfə İngiltərə liqası Kubokunun qalibi olub. Onun hesabında həmçinin İngiltərənin yığmasında 100 matç var.
N.O.
www.oxu.az