“Real”Madrid daha bir transferini təqdim edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Çiçarito ləqəbli Xaviyer Hernandez “Mançester Yunayted”dən “Real”Madridə keçib.
Kral klubu meksikalı futbolçunu 1 illik icarə əsasında heyətinə qatıb. Lakin “Real” futbolçunun satınalma hüquqlarına da yiyələnib. Yeni başlayan mövsümün sonunda Çiçaritonun performansı qanedici olsa, o, 17 milyon funt-sterlinq qarşılığında “Real”Madridə rəsmən transfer olacaq.