Paraqvay yığmasının keçmiş qapıçısı Xose Luis Çilavert əfsanəvi futbolçu Dieqo Maradona ilə “Barselona”nın hücumçusu Lionel Messini müqayisə edib.
Bu barədə “Marca” nəşri məlumat yayıb.
X.L.Çilavert söyləyib ki, Lionel Messi dünya futbol tarixinin ən yaxşı futbolçusudur:
“Maradona Messinin əldə etdiyinin yüzdə birini qazana bilməyib. Argentinalılar İspaniyanı deyil, Argentinanı seçdiyinə görə Messiyə təşəkkür etməlidirlər. Onun oyunlarını izləmək çox xoşdur”.