“Barselona”nın və Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan mövsüm sona çatdıqdan sonra Çin liqasına keçə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Turkish-football.com məlumat yayıb.
Turan ilə hansı klubun maraqlandığı məlum deyil, amma mənbənin məlumatına görə, transferin məbləği 100 milyon avro ola bilər.
29 yaşlı Turan isə beş illik müqavilə əldə edə bilər.
Futbolçunun məvacibi dəqiqləşdirilmir.
Turan keçən ilin yayında Madridin “Atletiko” komandasından 34 milyon avroya “Barselona”ya keçib. İspaniyanın cari çempionatında türkiyəli legioner dörd matçda iştirak edərək iki qol ötürməsi ilə fərqlənib.