Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan millisi ilk medalını qazanıb.
Oxu.Az xəbər verir ki, yarışın ilk günündə tatamiyə çıxan Əhməd Yusifov (-60 kq) bürünc mükafata sahib olub.
Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, Qran-prinin ikinci yarış günündə Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulacaq.
Qaynar xətt:
(055) 224 12 12