"Takla-Makan" ralli marafonunun iştirakçısı, çinli Çjan Syutszyun yarış zamanı baş verən qəza nəticəsində aldığı xəsarətlərdən ölüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Xinhua" agentliyi məlumat verib.
Məlumata görə, hadisə səkkizinci mərhələdə baş verib. Çjan xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
"Takla-Makan" rallisi 16 may-1 iyun tarixlərində keçirilir.
Qaynar xətt:
(055) 224 12 12