Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk rəqibi olan Lüksemburq yığması Bakı səfərindən öncə yoxlama oyunu keçirib.
Lüksemburq Futbol Federasiyasının saytı xəbər verir ki, cırtdan ölkənin komandası Almaniyanın 3-cü Liqa təmsilçisi “Zaarbrüken”lə qarşılaşıb.
Jozi Bartel adına stadionda keçirilən oyunda qapılara qol vurulmayıb.
Qeyd edək ki, Lüksemburq millisi C Liqasının 1-ci qrupunda ilk oyununu sentyabrın 5-də Bakıda yığmamıza qarşı keçirəcək. Bu görüş saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.