UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turuna start verilib.
Oyun günündə meydana ilk olaraq A qrupunun iştirakçıları çıxıb.
PSJ “Bruqe”ni, “Leypsiq” isə “Mançester Siti”ni qəbul edib.
ÇL-in bu qrupunda artıq hər şey öncədən bəlli olduğundan qarşılaşmalar yalnız Avroliqaya vəsiqə qazanmaq baxımından əhəmiyyət daşıyıb. Belə ki, sonuncu görüş ərəfəsində aktivində 12 xal olan “şəhərlilər”in qrup liderliyi, 8 xallı PSJ-nin isə ikinciliyi artıq təmin olunub. 4 xallı “Leypsiq” və “Bruqe” bu gün meydana Avropa Liqası vəsiqəsi üçün xal qazanmaq ümidi ilə çıxıb.
Paris komandası 4:1 hesablı darmadağınla belçikalıların ümidlərinin üzərindən xətt çəksə də, almanlar “şəhərlilər”i 2:1 yenərək avrokubklardakı mübarizəni davam etdirmək hüququ qazanıb.
UEFA Çempionlar Liqası
VI TUR
A qrupu
PSJ – “Bruqe” 4:1