Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ÇL-in Liqa mərhələsində V turun son oyun gününün ən yaxşı futbolçuları
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun son oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olub.
Oxu.Az xəbər verir ki, "Srvena Zvezda" - "Ştutqart" görüşünün fərqlənən futbolçusu Radi Kruniç olub.
"Şturm Qraz" - "Jirona" matçında Oriol Romeu ən yaxşılardan biri olub.
"Monako"nu 3:2 hesabı ilə məğlub edən "Benfika"nın futbolçusu Anxel Di Maria da yaxşılardan olub.
Hesabın açılmadığ "Aston Villa" - "Yuventus" matçında Fransişku Konseysan ən yaxşılar siyahısındakı yerini alıb.
"Liverpul"un "Real Madrid"i 2:0 hesabı ilə məğlub etdiyi görüşdə isə Aleksis Makallister fərqlənməyi bacarıb.
"Bolonya" - "Lill" matçının ən yaxşı oyunçusu adını Nqalayel Mukau qazanıb.
"Borussiya Dortmund"un "Dinamo Zaqreb"i 3:0 hesabı ilə məğlub etdiyi görüşün fərqlənən futbolçusu isə Rami Bensebaini olub.
1:1 hesablı heç-heçə ilə başa çatan "Seltik" - "Brügge" matçının ən yaxşı oyunçusu Dayzen Maeda seçilib.
PSV - "Şaxtyor Donetsk" görüşündə ən yaxşı oyunçu mükafatına isə Malik Tillman yiyələnib.
Qeyd edək ki, VI turun görüşləri dekabrın 10-da start götürəcək.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb
- Superkompüter Çempionlar Liqasının qalibini açıqladı: "Real Madrid" deyil
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu