Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ÇL: Liqa mərhələsinin ilk turundan sonra turnir cədvəlində vəziyyət
UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk turun oyunları başa çatdıqdan sonra turnir cədvəlində komandaların qərarlaşdığı pillələr bəlli olub.
Oxu.Az xəbər verir ki, aktivində hərəyə üç xalı olan "Bavariya", "Seltik", "Bayer Leverkuzen", "Aston Villa", "Borussiya Dortmund", "Sparta Praqa", "Liverpul" və "Yuventus" ilk səkkizlikdə qərarlaşıblar.
Aktivinə üç xal yazdıran digər komandalar "Real Madrid", "Sportinq", "Benfika", "Monako", "Brest", "Atletiko Madrid" və PSJ 9-15-ci sıraları bölüşürlər.
Hərəyə bir xalı olan "Arsenal", "Mançester Siti", "Boloniya", "İnter", "Atalanta" və "Şaxtyor" isə 16-21-ci sıralarda qərarlaşıblar.
Xalsız olan "Barselona", "Leypziq", "Srvena Zvezda", "Jirona", PSV, "Ştutqart", "Milan", "Lill", "Zalsburq", "Brügge", "Yanq Boyz", "Slovan Bratsilava", "Feyenoord" və "Dinamo Zaqreb" isə 22-36-cı yerləri bölüşürlər.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun görüşlərinə oktyabrın 1-də start veriləcək.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Çempionlar Liqasının yarımfinalında fantastik oyun: 6 qol vuruldu
- "Qızıl top" mükafatına namizədlərin siyahısı bəlli oldu - Hamısı "Barselona"dandır
- Hakerlər Çempionlar Liqasının "Instagram" hesabını sındırıblar
- "Arsenal"ın 18 yaşlı futbolçusundan UEFA Çempionlar Liqasında bir ilk
- UEFA Çempionlar Liqası: "Barselona" - "İnter" matçında ehtimal edilən start heyəti bəlli olub