Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ÇL: “Liverpul”dan səfər qələbəsi, “Mançester Siti”nin gücü bir qola çatdı – YENİLƏNİB + VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Lissabonda “Benfika” “Liverpul”u qəbul edibsə, “Atletiko” “Mançester Siti”nin qonağı olub.
“Liverpul” 3:1 hesablı qələbə qazanıb. Konate, Mane və Diaz fərqlənib.
“Mançester Siti” isə Kevin De Brünün qolu ilə minimalhesablı qələbəyə sevinib.
00:48
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilir.
Lissabonda “Benfika” “Liverpul”u qəbul edirsə, “Atletiko” “Mançester Siti”nin qonağıdır.
Artıq Portuqaliyadakı matçda dörd qol vurulub.
Diazın qolu sayəsində “Liverpul” hesabda iki top fərqi ilə önə çıxıb.
23:01
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilir.
Lissabonda “Benfika” “Liverpul”u qəbul edirsə, “Atletiko” “Mançester Siti”nin qonağıdır.
Artıq hər iki qarşılaşmada start fiti səslənib.
22:21
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Lissabonda “Benfika” “Liverpul”u qəbul edəcəksə, “Atletiko” “Mançester Siti”nin qonağı olacaq.
Artıq hər iki qarşılaşma üçün start heytləri açıqlanıb:
“Benfika”: Vlaxodimos, Jilberto, Otamendi, Vertongen, Qrimaldo, Wayql, Taarabt, Silva, Everton, Ramos, Nunyez
“Liverpul”: Alisson, Aleksandr-Arnold, Konate, Van Dayk, Robertson, Fabinyo, Keyta, Tyaqo, Mane, Salah, Diaz
“Mançester Siti”: Ederson, Stons, Laport, Ake, Kanselo, De Brün, Rodri, İlkay, Mahrez, Sterlinq, B.Silva
“Atletiko”: Oblak, Lodi, Mandava, Saviç, Felipe, Vrsaliko, Koke, Kondoqbia, Llorente, Qrizman, Joao Feliks
10:40
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Madrid “Atletiko”su İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. Komandalar rəsmi matçlarda ilk dəfə üz-üzə gələcəklər. Bu görüş son İngiltərə və İspaniya çempionlarının qarşılaşması kimi maraqla gözlənilir.
Gecənin digər matçında “Benfika” Lissabonda turnirin favoritlərindən sayılan “Liverpul”u qəbul edəcək. Komandalar sonuncu dəfə 2010-cu ildə qarşılaşıblar. Həmin matç UEFA Avropa Liqasının 1/4 finalı çərçivəsində baş tutub. 2010-cu il aprelin 2-də baş tutmuş Lissabondakı ilk görüşdə “Benfika” paraqvaylı hücumçusu Oskar Kardosonun penaltidən vurduğu qollarla 2:1 hesabı ilə qalib gəlib. Maraqlıdır ki, bu komandaların Çempionlar Liqasındakı son qarşılaşmasında da “Benfika” adlı-sanlı rəqibini məğlub edib. 2006-cı il martın 8-də Portuqaliya komandası Liverpulda 2:0 qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Çempionlar Liqası
1/4 final (ilk oyunlar)
5 aprel
23:00 “Mançester Siti” (İngiltərə) – “Atletiko” (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Oynamayacaqlar: Ruben Dias, Benjamen Mendi, Kalum Palmer (hər üçü “Mançester Siti”), Yanik Karrasko, Xose Ximenes, Ektor Erera (hər üçü “Atletiko”)
23:00 “Benfika” (Portuqaliya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
Oynamayacaqlar: Lukas Verisimo, Rodriqo Pinyo (hər ikisi “Benfika”)
Oynayacağı sual altında olan: Nabi Keyta (“Liverpul”)
Səbuhi Musa
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub
- "Atletiko Madrid" 74 illik seriyanı təkrarlayıb
- UEFA Çempionlar Liqası ilə vidalaşan daha iki komanda bəlli olub
- Çempionlar Liqası: "Arsenal" və "Milan"dan qələbə, "Yuventus" "Mançester Siti"ni məğlub etdi
Rəylər