Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ÇL: "Real"dan darmadağın, "Bavariya"dan sürpriz nəticə
UEFA Çempionlar Liqasının liqa mərhələsində VII tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Real Madrid" "Zalsburq"u sınağa çəkib.
Rəqibin qapısından 5 qol keçirən kral klubu öz qapısında cəmi bir top görüb - 5:1.
Turun maraqlı qarşılaşmalarından biri Niderlandda baş tutub. "Feyenoord" "Bavariya"nı qəbul edib. Görüş gözlənilməz nəticə ilə başa çatıb. Belə ki, almanlar meydan sahiblərinə 3:0 hesabı ilə məğlub olublar.
"Arsenal" Londonda "Dinamo Zaqreb"in qapısından 3 cavabsız top keçirib - 3:0. Görüşdə hesabı artıq 2-ci dəqiqədə açan "topçular" son nöqtəni 90+1-ci dəqiqədə qoyublar.
"Sparta Praqa"nın qonağı olan "İnter" minimal hesabla qələbə qazanıb - 0:1. Yeganə qolu 12-ci dəqiqədə Lautaro Martinez vurub.
Eyni hesabla "Milan" San Siroda "Jirona"dan üstün olub. Rafael Lyaonun 37-ci dəqiqədəki məhsuldar zərbəsi komandasına 3 xal qazandırıb - 1:0.
"Seltik" "Yanq Boyz"u minimal fərqlə (1:0), "Şaxtyor Donetsk" isə "Brest"i 2:0 hesabı ilə məğlub edib.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA ÇL: Liqa mərhələsinin ən yaxşı qolu açıqlandı
- UEFA reytinqi: "Qarabağ" bir pillə geriləyib
- UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının təqvimi açıqlanıb
- UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb
- Qvardiola Çempionlar Liqasında yenə emosiyalarını saxlaya bilmədi: Başını və üzünü cırmaqladı
Rəylər