Sumqayıt şəhərinin Sülh küçəsində baş vermiş qəzanın anbaan görüntüləri yayılıb.
Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, hərəkətdə olan KIA markalı maşın "Hyundai" markalı avtomobillə toqquşub.
Ağır qəza baş verməzdən öncə KIA sürücüsünün yolu qaçaraq keçən piyadanı vurması kadrda əks olunub. Ardınca manevr edən sürücü bu zaman sağ zolaqdakı "Hyundai"a çırpılıb.
Zərbənin təsirindən hər iki maşın yol kənarına yuvarlanıb.
Hadisə zamanı KIA markalı avtomobil yanaraq yararsız hala düşüb, digər nəqliyyat vasitəsi də sıradan çıxıb.
Görüntünü qeydə alan sürücünün sözlərinə görə, qəzaya düşən hər iki avtomobilin sürücüsü yolboyu yüksək sürətlə hərəkət ediblər.
Nəticədə, KIA-nın sürücüsü yolu keçən piyadanı son anda görsə də, dəhşətli qəzadan xilas ola bilməyib.
Xatırladaq ki, yanvarın 16-da saat 20:40-da baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, üç nəfər isə yaralanıb.
Həmin görüntüləri təqdim edirik: