İrlandiyalı qarışıq döyüş növləri döyüşçüsü Konor Makqreqorun xalası koronavirusdan vəfat edib. Bu barədə idmançı özünün “Instagram” hesabından açıqlayıb.
O bildirib ki, xalası En Murun ölümü barədə Dublindəki bir studiyada ianə elan edəcəyi vaxt öyrənib. Bu üzdən o, ABŞ səhər tolk-şousu üçün gedən canlı yayımı dayandırıb.
“Mənim yazıq xalam. Anamın bacısı. Bu axmaq, lənətə gəlmiş virus… Nələr baş verir?” – deyə Makqreqor yazıb.
Bundan başqa, idmançı hər kəsə virusa yoluxmamaq üçün əl və üzün gigiyenasına diqqət etməyə çağırıb.
View this post on Instagram"COVID-19" teqi üzrə xəbərlər
- Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
- Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı?
- İranda COVID-19 yenidən yayılır: Ölənlər var
- Qranit Caka saxta COVID-19 sertifikatına görə cəzalandırıldı
- İki saxta sertifikat futbolçuya baha başa gəldi: Millidən UZAQLAŞDIRILDI
Digər xəbərlər