"Azərbaycana gəlməyimdə qardaşım Coy-Lens Mikelsin rolu oldu. Oyun tərzimlə azarkeşləri əyləndirməyi səbirsizliklə gözləyirəm və ümid edirəm ki, biz birlikdə uğur qazanacağıq".
Bunu Oxu.Az-a açıqlamasında "Şamaxı" klubunun almaniyalı hücumçusu Coy-Leroy Mikels deyib:
"Azərbaycanda olduğuma və "Şamaxı"da oynaya bildiyimə görə şadam. Mənə güvəndiyi üçün məşqçim Ayxan Abbasova təşəkkür edirəm. Mən öz oyun tərzimlə azarkeşləri əyləndirməyi səbirsizliklə gözləyirəm və ümid edirəm ki, biz birlikdə uğur qazanacağıq. Azərbaycana gəlməyimdə qardaşım Coy-Lens Mikelsin rolu oldu. O, Azərbaycanın gözəl, xalqının istiqanlı olduğunu dedi. Məhz bundan sonra "Şamaxı" klubuna keçməyə qərar verdim".
Anar Həsənov
Rəylər