Braziliya millisinin və “İnternasional”ın yarımmüdafiəçisi Rodriqo Durado Moskvanın ÇSKA klubunun maraq dairəsindədir.
“Sovetski sport” xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçiyə “Qalatasaray” klubu da “elçi” düşüb.
Braziliyalının “İnternasional”la müqaviləsi dekabrda bitir, onun transfer qiyməti isə təqribən 6 milyondur.
2016-cı ildə Rodriqo Durado Braziliya millisinin tərkibində Olimpiya çempionu olub.