Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Cüdo üzrə dünya çempionu Zelim Kotsoyev vətənə qayıdıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi Zelim Kotsoyev vətənə qayıdıb.
Oxu.Az xəbər verir ki, dünya çempionumuzu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri və yaxınları böyük coşqu ilə qarşılayıblar.
O, bu uğuru ilə Azərbaycan cüdo tarixində rekorda imza atıb. Bundan əvvəl Kotsoyev 2022-ci ildə Daşkənd, 2023-cü ildə isə Dohada keçirilən mundiallarda fəxri kürsüyə yüksəlib. Onun qazandığı medalların əyarı bürünc olub.
Qeyd edək ki, Kotsoyevdən öncə Hidayət Heydərov (73 kq) da dünya çempionatında qızıl medal qazanıb. Azərbaycan millisi isə 2 çempionluqla mundiallar tarixində ən yaxşı nəticəsinə imza atıb.

Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)" teqi üzrə xəbərlər
- Məşhur avtotüninq şirkəti BƏƏ-də lüks yaşayış kompleksi quracaq
- BƏƏ qanunların hazırlanmasını süni intellektə həvalə etməyə hazırlaşır
- Əsədin Suriyadan 500 min dollar pul və qiymətli əşyaları necə apardığı məlum oldu
- BƏƏ-də ravvinin qətlində təqsirli bilinən üç nəfər ölüm cəzasına məhkum edildi
- Əbu-Dabidəki ən böyük akvaparkda güclü yanğın olub