Almaniyanın Henef (Ziq) şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir.
Oxu.Az xəbər verir ki, toplantıda Avropanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan millisinin də üzvləri iştirak edirlər.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Almaniya, İtaliya, Belçika, Avstriya, Çexiya, Serbiya və digər ölkələrin yığmaları da qatılıb.
Henef toplanışında olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri iştirak edirlər. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun başçılığı altında gündə iki dəfə məşq edərək, yaxın zamanda keçiriləcək dünya çempionatı (6-13 iyun) və Olimpiya Oyunlarına (24-31 iyul) hazırlaşırlar.