Azərbaycan cüdoçusu, Avropa çempionu Hidayət Heydərov IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda mübarizəyə başlayıb.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 1/8 finalda H.Heydərovun rəqibi Toqo təmsilçisi Frederik Adebayo Olimpio olub.
Gərgin keçən mübarizədə idmançımız rəqibinə qalib gəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Z.Q.
www.oxu.az