Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Daha beş idmançımızın dopinq testi müsbət çıxdı - ADLAR
Azərbaycanın daha beş idmançısı dopinq testdə ilişib.
Oxu.Az xəbər verir ki, atletika ilə məşğul olan Zaman Pirverdiyev, boksçu Nəbi Əbdüləzimov, güləşçilər – Cavid Feyziyev, Azər Hüseynov və velosipedçi Osman Qəhrəmanovun dopinq testi müsbət nəticələnib.
Qanında meldonium tapılan Zaman Pirverdiyev 42 aylıq diskvalifikasiya olunub. Onun cəzası martın 6-da başlayıb və 2021-ci ilin sentyabrın 6-da başa çatacaq.
Furosemid maddəsinə yaxalanan Nəbi Əbdüləzimov ilyarımlıq cəzalandırılıb. Yanvarın 30-da cəzası qüvvəyə minən idmançı bir də yarışlarda gələn ilin iyulun 30-dan etibarən gücünü sınaya biləcək.
Stanozol maddəsi tapılmış Cavid Feyziyev, eləcə də metasteron və drostanolon maddəsi qəbul etdiyi müəyyənləşmiş Azər Hüseynov dörd illik cəza alıb. Hər iki idmançının cəzası yanvarın 18-dən hesablanır və diskvalifikasiya müddəti 2022-ci ilin yanvarın 18-də başa çatacaq.
Qanında meldonium və tuaminoheptan tapılmış Osman Qəhrəmanov iki illik sanksiya ilə üzləşib. Maraqlıdır ki, velosipedçimizin sanksiyasının başlanma tarixi ötən ilin iyulun 12-dən hesablanmağa başlayıb. Bu cəza gələn ilin iyulun 12-də bitəcək.
Qeyd edək ki, bununla da Milli AntiDopinq Agentliyi tərəfindən cəzalandırılmış idmançıların sayı 36-ya çatıb.
Səbuhi MUSAYEV
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29 Paris Sazişinin iki maddəsini qəbul edib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
Rəylər