Xizəklə tramplindən tullanma üzrə üçqat olimpia çempionu ağır qəza keçirib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, avstriyalı idmançı Tomas Morqenstern Xizəklə Tramplindən Tullanma üzrə Dünya Çempionatı hazırlıqlarını davam etdirdiyi məşqdə tarazlığını itirərək ciddi xəsarət alıb.
Məşq zamanı yıxılan Morqenstern ağır baş və bədən xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 27 yaşındakı xizəkçi qəza sonrası şüurunu itirib.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın kansleri Angela Merkel xizək sürərkən omba sümüyünü ciddi zədələyib və Formula-1 yarışlarının məşhur pilotu, alman Mixael Şumaxer də xizəklə sürüşərkən yıxılmış və ağır xəsarət almışdı. Hazırda Şumaxer koma vəziyyətindədir, onun ayılacağına ümidlər azdır.