Xalq artisti yaxın zamanda sənət dostu Aygün Kazımova ilə duet oxumağı planlaşdırır. Sözügedən mahnının sözləri Azər Şirinə, musiqisi isə müğənni Elçin Cəfərova aiddir.
Oxu.Az xəbər verir ki, Lider telekanalında yayımlanan “Rəngarəng” verilişinə müsahibəsində xalq artisti Faiq Ağayev, maraqlı açıqlamalar verib.
Faiq Ağayev, Aygün Kazımova haqqında bunları deyib:
“Onu böyük uğurlar gözləyir. Aygünün bu il gözlənilən konsertinin prodüseri və rejissoru özüm olacağam. Konsertin ümumi xərcinin məbləği 200 000 manatdır”.
Aytən Sadıqzadə
www.oxu.az