İsveç millisinin, Hollandiyanın “Feyenoord”, Şotlandiyanın “Seltik” və İngiltərənin “Mançester Yunayted” klublarının sabiq hücumçusu Henrik Larson “Barselona”da köməkçi məşqçi işləyəcək.
“Barselona”nın rəsmi saytı xəbər verir ki, o da digər köməkçi məşqçi olan hollandiyalı Alfred Sxröder kimi 30 iyun 2022-ci ilədək müqavilə bağlayıb.
Hər iki mütəxəssis “Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın köməkçisi işləyəcək.

Qeyd edək ki, 48 yaşlı Henrik Larson Ronald Kuman kimi “Barselona”nın sabiq futbolçusudur. O, 2004-2006-cı illərdə La Liqada 40 oyun keçirib və 13 qol vurub. Afrika əsilli isveçli bu klubla ikiqat İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin həmin ölkənin Superkubokunu qazanıb.
Səbuhi Musayev