UFC-nin rəhbəri Dana Uayt Əbu-Dabidə Usman Nurməhəmmədov və Merab Dvalişvilinin də adlarının hallandığı kütləvi davaya münasibət bildirib.
Oxu.Az xəbər verir ki, funksioner bu barədə Nyu-Yorkda keçirilən UFC 334 turnirinin mətbuat konfransında danışıb.
Uayt hadisəni kəskin tənqid edərək iştirakçıların hamısının həbsdə olduğunu xatırladıb:
"Bunlar nə qədər axmaq adamlardır! Bu, tamamilə absurd və ağılsız hərəkətdir. Onların hamısı həbsdədir. BƏƏ belə şeylər etmək üçün yer deyil".
Qeyd edək ki, insident noyabrın 11-də Əbu-Dabidə "Real American Freestyle" (RAF) turniri ərəfəsində hotelin foyesində baş verib. Merab Dvalişvili müsahibə verərkən Usman Nurməhəmmədov bir neçə şəxslə ona yaxınlaşıb və gürcü döyüşçüyə şillə vurub. Bundan sonra tərəflər arasında kütləvi dava yaşanıb.
Əbu-Dabi polisi hadisə ilə əlaqədar səkkiz nəfəri davada iştirak etdiklərinə, daha iki nəfəri isə insidenti lentə aldıqlarına görə saxlayıb.